KURS TƏDRİSİ

Azərbaycan Respublikasında ali təhsil ocaqlarında təhsil alan tələbələrə yay tətilində xarici ölkədə həm dil bacarıqlarını inkişaf etdirmək, həm də fərqli bir mədəniyyətlə tanış olmaq fürsəti verən bu proqramlar son illərdə böyük rəğbət görür. Əsasən inkişaf etmiş ölkələrdə həyata keçirilən bu mədəniyyətlər arası mübadilə proqramları yüksək səviyyədə təşkil olunur və iştirakçıların məmnuniyyəti üçün böyük qayğı göstərilir.

Yay üçün nəzərdə tutulmuş bu proqramlar tədrislə yanaşı müraciətçilərin yay tətilini daha maraqlı keçirmək üçün nəzərdə tutulmuşdur.Bu səbəbdən proqramların təklif olunduğu qiymətlər yay ayları üçün keçərli hesab edilir.