ÜMUMİ MƏLUMAT

Yay Düşərgəsi nədir?
Yay proqramları əsasən təhsil və tətil məqsədi ilə yaradılmışdır. Proqram hər yaşdan olan məktəblilər və gənclər üçün nəzərdə tutulmuşdur. Proqram şagirdlərə ingilis dilinin təkmilləşdirilməsi, müxtəlif ölkələrdən olan insanlar arasında aktivləşmə, yeni dostlar qazanma və dünya görüşünü artırma təcrübə qazandırır.Yay və qış düşərgələri uşaqlar və yeniyetmələr üçün öz boş vaxtlarını səmərəli keçirtməsinə şərait yaradır. Düşərgələrin əsas məqsədi təhsilin və mədəni inkişafın yüksəldilməsinə kömək etməkdir.

Düşərgərlər hansı yerlərdə keçirilir?

Yay düşərgələri əsasən ingilis dilli ölkələrin (Böyük Britaniya,ABŞ ,Kanada və Malta)universitet kampuslarında keçirilir.

Proqramda kimlər iştirak edə bilər?
Bu proqramda 10-17 yaş arası şagirdlər və eləcə də 18 yaşdan yuxarı gənclərdə iştirak edə bilərlər.Eyni zamanda şagirdlərlə bərabər onların valideynləri də güzəştli şərtlərlə  bu proqramdan yararlana bilərlər

PROQRAMIN TƏŞKİLİ

  1. Valdeyinlər və şagirdlər proqram haqqında daha ətraflı şəkildə məlumatlandırılır.
  2. İstəyə uyğun mərkəz seçildikdən sonra bütün şərtlər və razılaşmalar əsasında müqavilə imzalanır.Müqavilənin bir nüsxəsi mərkəzdə saxlanılır,digəri isə şagirdə verilir.
  3. Şagird  mərkəz tərəfindən tələb olunan bütün sənədləri təqdim edir və ilkin ödənişi edərək qeydiyyatdan keçir.
  4. Qəbul sənədi gəldikdən sonra, şagird ödənişin qalan hissəsini tamamlayaraq viza konsultasiyası mərhələsinə keçid alır.
  5. Müvafiq səfirlikdə viza görüşü təyin olunur və nümayəndənin iştirakı ilə şagird viza görüşməsindən keçir.
  6. Şagird viza aldıqdan sonra proqrama başlayır(Əgər viza prosesində problem yaranarsa şagirdə lazımı dəstək göstərilir).
  7. Şagird hava limanından yola salınır və xaricdə məktəbin təyin etdiyi nümayəndə tərəfindən qarşılanır.
  8. Şagirdə poqram müddətində yarana biləcək problemlərdə(yemək,şərait və s) lazımı köməklik göstərilir.
  9. Bütün proqram boyu şagirdin təhlükəsizliyi tam təmin olunur.
  10. Proqramı uğurla başa vuran şagird sertifikatla təltif olunur.
  11. On iki ildir fəaliyyət göstərən şirkətimiz təhlükəsizliyinizə zəmanət verir, proqram boyu məktəb müəlliminin şagirdlərlə birgə proqramda iştirak edəcək.